"Mən bunun ilk növbədə humanitar xarakterli faciə olduğunu iddia edirəm, mən bundan danışıram”, - Putin "Valday” diskussiya klubunun iclası zamanı bildirib.
Rusiya prezidentinin sözlərinə görə, SSRİ-nin süqutu nəticəsində 25 milyon etnik rus istəklərindən asılı olmayaraq xaricdə qaldılar (bizdə xalq arasında deyilən kimi, bir göz qırpımında).
"Rus xalqının dünyada ən böyük parçalanmış xalq olması barədə öz tezisimi təkrarlayıram. Və bu, sözsüz ki, faciədir”, - Putin vurğulayıb.
O, qeyd edib ki, SSRİ-nin süqutu zamanı sosial sistem dağıldı, iqtisadiyyat çökdü.
"Əvvəlki, amma azsəmərəli olan iqtisadiyyat çökdü, və o, milyonlarla insanın yoxsullaşmasına gətirib çıxardı. Bu da faciədir, həm konkret insanlar, həm də konkret ailələr üçün”, - Putin izah edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !