Putin strateji nüvə qüvvələrinin təlimini keçirib

18:07 | 29.10.2024
Putin strateji nüvə qüvvələrinin təlimini keçirib

Putin strateji nüvə qüvvələrinin təlimini keçirib

Rusiya Prezidenti Vladimir Putin Kremlin situasiya mərkəzindən video konfrans vasitəsilə strateji nüvə qüvvələrinin təlimini müşahidə edib.  Bu barədə RBK məlumat yayıb. 


"Bu gün biz strateji güclərin növbəti təlimini keçiririk. Nüvə silahlarının tətbiqinə rəhbərlik edən səlahiyyətlilərin hərəkətlərini, ballistik və qanadlı raketlərin praktik buraxılışları ilə sınaqdan keçirəcəyik,” – Putin bildirib.


Dövlət başçısının sözlərinə görə, Rusiya nüvə silahının istifadəsinin son çarə olduğu prinsipial mövqeyini təsdiqləyir və nüvə triadası ölkənin suverenliyinin etibarlı təminatçısı olaraq qalır.

 

"Qeyd edirəm ki, biz yeni silahlanma yarışına qoşulmaq niyyətində deyilik. Lakin nüvə qüvvələrimizi lazımi səviyyədə saxlamağa davam edəcəyik,” –  Putin bildirib.


Nüvə triadası, nüvə silahları ilə təchiz edilmiş üç strateji silahlı qüvvə komponentindən ibarətdir:

  • Yerüstü – qitələrarası ballistik raketlər üçün mobil və stasionar (şaxmat) buraxılış qurğuları.
  • Dəniz – ballistik raketlərə malik sualtı qayıqlar.
  • Hava – nüvə bombaları və ya nüvə başlıqlı qanadlı raketlər daşıya bilən bombardmançılar.

Dünyada yalnız Rusiya, ABŞ və Çin triadanın bütün komponentlərinə malikdir.


Strateji çəkindirmə qüvvələri (SÇQ) strateji hücum və strateji müdafiə qüvvələrini əhatə edir. Bu qüvvələr təcavüzün qarşısını almaq və ya aqressoru, o cümlədən nüvə silahından istifadə etməklə, məğlub etmək üçün nəzərdə tutulub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM