• $
  • £

Putin sülh müqaviləsinə dəstək olmağından danışıb

Putin sülh müqaviləsinə dəstək olmağından danışıb
19.08.2024 13:48
Rusiya sülh sazişinin imzalanması və Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, sevinəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevlə dar tərkibdə danışıqların əvvəlində deyib.

"Əgər biz Azərbaycan və Ermənistanla sülh sazişinin imzalanmasına nail olmaq, sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etmək üçün bir şey edə bilsək, buna çox şad olarıq”, - Rusiya dövlətinin başçısı vurğulayıb.

Bundan əvvəl Rusiya XİN sözçüsü Maria Zaxarova bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında danışlar aparmaq üçün platforma təqdim etməyə hazırdır.
 
Bundan əvvəl Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyişləri davam etdirirlər.
 
Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyada keçirilən Avropa Siyasi İcmasının görüşü çərçivəsində Azərbaycan lideri ilə görüşməkdən imtina edib. 
 
Prezidentin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir. 
 
Azərbaycan Prezidenti "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda sülh danışığı ilə bağlı Azərbaycanla danışığa getməsindən imtinası onu təəccüblənidirib. 
 
"Paşinyan deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”,- Əliyev bildirib.
 
Bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində açıq sualların sayı xeyli məhdudlaşıb.

İyunun 20-də Ermənistan Azərbaycanla yaxın bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. 

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlament rəhbərlərini qəbul edərkən deyib ki,  Ermənistan Konstitusiyasını dəyişdirmədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması mümkün deyil. 
 
Daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan mətbuata bildirib ki, Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır.  

İyunun  4- də Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi  ilə bağlı təkliflər aldığını deyib.
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib.  

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 

 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Dünya 16:33
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Dünya 15:59
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Zelenski Türkiyəyə səfər edib
Dünya 15:01
Zelenski Türkiyəyə səfər edib
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Dünya 13:26
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
Dünya 10:09
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Dünya 09:10
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
Dünya 23:09
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol