Suriyada vurulan Rusiya qırıcısının pilotuna ölümündən sonra milli qəhrəman adı veriləcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin deyib.
Putin vurulan təyyarənin şturmanının xilas olunduğunu, Hmeymimdəki hərbi bazaya çatdırıldığını söyləyib: "Xilasetmə əməliyyatında iştirak edən, o cümlədən vurulan təyyarənin pilotu və şturmanına dövlət mükafatları təqdim olunacaq. Bu təkliflə Müdafiə Nazirliyi çıxış edib".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !