Putin: "Tarixi təhrif etmək qəbuledilməz və ədəbsizlikdir"

12:24 | 28.01.2015
Putin:

Putin: "Tarixi təhrif etmək qəbuledilməz və ədəbsizlikdir"

Ötən gün yəhudi soyqırımının 70-ci il dönümü 40-dan çox ölkədə qeyd olunub. Əsasən, Böyük Britaniya, Fransa, Rusiya, Çexiya və Amerikada bu məqsədlə genişmiqyaslı tədbirlər keçirilib. Minlərlə insan Holokost qurbanlarının xatirəsi yad etmək məqsədilə bir araya gəliblər.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, dövlət rəsmiləri və yəhudi icmasının üzvləri Polşanın Osventsim-Birkenau düşərgəsində baş verən qətliamları yenidən xatırlayıblar.

Holokost qurbanlarının anım günü Polşada faşistlərin Osventsim-Birkenau əsir düşərgəsinin azad edildiyi günlə bağlıdır. 1945-ci ilin 27 yanvarında Sovet Ordusunun əsgərləri faşistlərin yüz minlərlə yəhudi, polyak, rus, qaraçı və digər millətlərdən olan əsirləri öldürdüyü Osventsim əsir düşərgəsinə daxil olaraq insanları qətliamdan xilas etmişdi.

Bununla belə, Rusiya prezidenti Vladimir Putinin Polşada keçirilən anım tədbirlərinə dəvət olunmaması diqqətçəkən məqamlardan biri olub.

Putin paytaxt Moskvada yəhudi icması üzvlərinin də iştirakı ilə Osventsim-Birkenau düşərgəsinin qurbanlarını həsr olunmuş sərgiyə qatılıb. Daha sonra rəsmilər soyqırımla əlaqədar filmə baxıblar.

Vladimir Putin: "Tarixi təhrif etmək qəbuledilməz və ədəbsizlikdir. Belə cəhdlərin arxasında insanların öz ayıblarını ört-basdır etmək məqsədləri dayanır. Lakin tarixi faktlar təkzibolunmazdır. Bu gün işgəncə ilə öldürülən həmin insanların xatirəsini yad edirik”

Ekspertlər Putinin mərasimə dəvət olunmamasını Avropanın Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı sərgilədiyi mövqeyi ilə izah edirlər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM