Rusiya prezidenti Vladimir Putin ölkənin məşhur oliqarxlarını təcili görüşə çağırıb. “Axar.az” xəbər verir ki, bu barədə “Blumberq” agentliyinin Moskvadakı nümayəndəsi Ceyson Korkoran özünün Tvitter səhifəsində məlumat yayıb. “Bu gün Putin ölkənin yüksək vəzifəli şəxsləri və oliqarxları ilə bağlı qapılar arxasında Rusiyaya qarşı tətbiq oluna biləcək sanksiyalarla bağlı təcili görüş keçirib”, - deyə Korkoran yazıb. Rusiya prezidentinin rəsmi saytı bununla bağlı hələ ki, heç bir məlumat yaymayıb. Bundan başqa, Baş nazir Dmitri Medvedyevin də analoji görüş keçirəcəyi bildirilir. Medvedyevin mətbuat katibi Natalya Timakova görüşlə bağlı açıqlama verməkdən imtina edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !