Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti ilə telefon söhbəti zamanı AZAL təyyarəsinin Rusiya səmasında qəzaya uğraması ilə bağlı üzr istəyib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti həmçinin təyyarə qəzasında həlak olanların ailələrinə bir başsağlığı verib.
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Nəticədə 29 sərnişin sağ qalıb, 39 nəfər isə həlak olub.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub. Digər 2 ekipaj üzvü isə yaralıb.
Baş verən hadisə ilə bağlı Prezient İlham Əliyev 26 dekabrı matəm günü elan edib.
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !