Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Malayziyaya məxsus təyyarənin qəzaya uğramasına görə məsuliyyət Ukraynanın üzərinə düşür.
ANN.Az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Putin iqtisadi məsələlərə dair iclasda bəyan edib.“Əgər Ukraynanın cənub-şərqində sülh və əmin-amanlıq hökm sürərdisə, hərbi əməliyyatlar keçirilməzdi və belə faciə baş verməzdi. Faciə Ukraynanın hava məkanında baş verib, deməli məsuliyyəti də bu ölkənin üzərinə düşür”, - deyə V.Putin bildirib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !