Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla əlaqə saxlamağa hazırdır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Putin hazırdır, siqnalları gözləyirik. burada bir fincan qəhvə ilə təxmin etmək çətindir. Nə isə baş verən kimi sizə məlumat verəcəyik”, - Peskov jurnalistlərə Rusiya və ABŞ prezidentlərinin həftə sonu təmaslarını gözləməyə dəyərmi sualını cavablandırarkən deyib.
Bundan əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu və bunun Putin üçün münasib vaxtda baş tuta biləcəyini bildirib.
"İstənilən vaxt görüşə bilərik, onlar nə zaman istəsələr", – o, jurnalistlərin sualına cavab verib.
ABŞ Prezidenti tezliklə Rusiya lideri ilə birbaşa əlaqə quracağına ümid etdiyini deyib. O, həmçinin Kiyevə silah ixracının tamamilə dayandırılması ehtimalını istisna etməyib.

Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !