APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Putin "Rossiya 1” telekanalında çıxışı zamanı Türkiyə xalqına başsağlığında bildirib.
"Şərlə mübarizədə səyləri birləşdirmək laxımdır. Türkiyədə baş verən hadisə, sözsüz ki, həyasız terror həmləsi, terror cinayətidir və, əlbəttə ki, bizim üçün qonşu və dost olan ölkədə vəziyyətin gərginləşdirilməsinə yönəldilmiş bir cəhddir. Üstəlik, bu seçki kampaniyası zamanı törədilib. Əlbəttə ki, bu açıq-aydın təxribatdır”, deyə Putin qeyd edib.
Oktyabrın 10-da Ankarada törədilmiş partlayışda ölənlərin sayı 95 nəfərə çatıb.
Terror nəticəsində yaralananlardan 48 nəfəri ağır olmaqla 246 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur. Ölənlərdən 52 nəfərin şəxsiyyəti müəyyənləşib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !