Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Türkiyə hakimiyyəti Rusiya hərbçisinin Suriyadakı ölümünə görə məsuliyyət daşıyır. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Rusiyanın dövlət başçısı bu açıqlamanı Federal Məclisə müraciətində verib.
"Biz meydan oxumağa hazırlaşmırıq, əgər kimsə düşünür ki, alçaq hərbi cinayət edib - bizim insanları öldürməsi pomidora, yaxud tikinti və digər sahədəki məhdudiyyətlərlə qurtaracaq, o böyük səhv edir”, - Putin deyib.
Rusiya prezidenti qeyd edib ki, Ankara alçaqcasına hərbi cinayət edib. O, Su-24 təyyarəsinin vurulmasını nəzərdə tutaraq belə deyib.
"Türkiyə xalqı bilməlidir ki, Rusiya onlarla bu ölkənin terrorçulara yardımçı olan hakimiyyətdəki yüksək vəzifəliləri eyniləşdirməyəcək”.
Su-24 təyyarəsinin vurulması ilə bağlı insidentdən danışan Putin bəyan edib ki, Türkiyə hakimiyyətinin niyə belə addım atdığını başa düşə bilmir: "Görünür ki, Allah Türkiyə rəhbərliyini cəzalandırmaq qərarına gəlib, onların ağıldan məhrum etməklə”.
Onun fikrincə, istənilən problemi və ziddiyyəti sülh yolu ilə, danışıqlarla həll etmək mümkün idi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !