Putin Türkiyənin vurduğu təyyarəyə görə təcili iclas çağırdı

14:53 | 24.11.2015
Putin Türkiyənin vurduğu təyyarəyə görə təcili iclas çağırdı

Putin Türkiyənin vurduğu təyyarəyə görə təcili iclas çağırdı

Bu gün Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus SU-24 döyüş təyyarəsi Türkiyə ordusu tərəfindən vurulub. Məsələ ilə Rusiya Müdafiə Nazirliyi də açıqlama verib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi təyyarənin Suriya ərazisində vurulduğunu bəyan edib.

"Rusiya aviaqrupu Suriya ərazisində qəzaya düşüb. Bu yerdən açılan atəş nəticəsində olub”,-deyə bildirilib.  
Bu arada Rusiya prezidenti Vladimir Putinin hadisə ilə bağlı təcili olaraq Təhıükəsizlik Şurasının iclasını çağırdığı bildirilir. Kremldəki mənbənin sözlərinə görə Putin hadisə ilə əlaqədar xüsusi bəyanatla çıxış edəcək.  

Qeyd edək ki, Türkiyə tərəfi bildirib ki, vurulan təyyarə Hatay yaylası bölgəsində ölkənin hava sərhədlərini pozub. 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunub ki, Silahlı Qüvvələrə verilmiş təlimat təyyarəyə iki F-16 ilə müdaxilə edilib. O da vurğulanıb ki, təyyarə bir neçə dəfə olunan xəbərdarlıqlara məhəl qoymayıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti