Putin Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bir daha təsdiqləyib

16:43 | 05.11.2024
Putin Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bir daha təsdiqləyib

Putin Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bir daha təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin ölkənin Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara hazır olduğunu bir daha təsdiqləyib. Bu barədə TASS məlumat verib. 

O qeyd edib ki, Rusiya həmişə ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq məntiqinə sadiq qalacaq və münaqişələrə can atmır.

Bir gün əvvəl Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermak demişdi ki, Kiyev Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması tələbindən əl çəkməyəcək.
 
Eyni zamanda Türkiyənin xarici işlər naziri Hakan Fidan vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyünə hörmət edilmədən münaqişənin həlli mümkün deyil.
 
Rusiya 2021-ci ilin fevralından Ukraynada hərbi əməliyyatlar keçirtmək barəsində qərar qəbul edib. 
 
Hazırda iki ölkə arasında müharibə şəraiti gərgin olaraq davam edir. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM