Rusiya prezidenti Vladimir Putin Ukraynada baş verənləri dövlət çevrilişi adlandırıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin Ukraynada hakimiyyətin silahlı yolla ələ keçirildiyini və Viktor Yanukoviçin faktiki olaraq hakimiyyəti təslim etdiyini bildirib. Putinin sözlərinə görə, Yanukoviç Xarkova tədbirə gedərkən, onun iqamətgahı və hökumət binası ələ keçirilib. Onun fikrincə, müxalifətin məqsədi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək olub. Rusiya prezidenti qeyd edib ki, Yanukoviçin ikinci dəfə prezident seçilməsi üçün şansı olmayıb. “Yanukoviç o bədbəxt nümayişçilərə atəş açmaq üçün hər hansı qeyri-qanuni göstəriş verməyib”, - deyə o vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !