Putin Ukraynanı sülhə çağırdı

17:29 | 31.08.2014
Putin Ukraynanı sülhə çağırdı

Putin Ukraynanı sülhə çağırdı

Rusiya prezidenti Vladimir Putin dərhal Ukraynada hərbi əməliyyatların dayandırılmasını istəyib. 

ANS PRESS-in məlumatına görə, Rusiya Federasiyası prezidenti bildirib ki, hərbi əməliyyatları dayandırıb, payız-qış aylarına hazırlıq görülməlidir. Ukraynada hərbi əməliyyatı dəstəkləyən qərb ölkələri Avropa demokratik dəyərlərini xatırlamalıdır.

Putin bunları Rusiyanın 1-ci kanalında yayımlanan "Vakreseniya vremya" proqramına müahibəsi zamanı deyib: "Məncə, bu haqda Rusiyadan başqa heç kəs artıq düşünmür", - deyə Putin UkraynA prezidentindən şikayətlənib.

Putin qeyd edib ki, birinci şərt döyüşləri dayandırmaq və payız-qış ayı üçün lazımı təmir işləri görmək, infrasturukturu bərpa etmək lazımdır

Putin həmçinin Ukraynanın cənub-şərqində baş verən hadisələrə görə, ölkənin siyasi dairələri ilə danışıqların başlanmalı olduğunu qeyd edib:

"Ukrayna böhranı hamı üçün dərs olmalıdır, həmçinin Qərb ölkələri, gələcəkdə yaranan məsələləri sülh yoluyla həll etməlidirlər".

ANS PRESS 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti