Putin Ukraynaya yardım etmək üçün göstəriş verdi

00:46 | 05.03.2014
Putin Ukraynaya yardım etmək üçün göstəriş verdi

Putin Ukraynaya yardım etmək üçün göstəriş verdi

Moskva və Kiyev nazirlər səviyyəsində ikitərəfli məsləhətləşmələrə başlayıblar

Rusiya və Ukrayna nazirlər səviyyəsində ikitərəfli məsləhətləşmələrə başlayıblar. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna baş naziri Arseni Yasenyuk bildirib. 

Lakin onun sözlərinə görə, hələlik məsləhətləşmələr "yetərincə ləng" gedir, amma "ilk addımlar atılmasından" çox razıdır. 

Qeyd edək ki,Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Rusiya Federasiyası hökumətinə Kiyevlə danışıqlara başlamaq barədə göstəriş verib ki, "onlara iqtisadiyyatı bərpa etmək niyyətlərində yardım edilsin". 

Xatırladaq ki, fevralın sonunda Ukrayna prezidenti Viktor Yanukoviç Ali Rada tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb. Bu da Rusiya tərəfindən dövlət çevrilişi kimi dəyərləndirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM