Bu barədə açıqlamanı Dmitri Pesskov verib.
Rusiya prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. ANS PRESS-in məlumatına görə, Rusiya liderinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu barədə məlumat verib.
O, Azərbaycan və Rusiya prezidentlərinin şənbə günü baş tutan görüşündə Qarabağ mövzusuna toxunulduğunu qeyd edib.
"Əsas olaraq ikitərəfli münasibətlər müzakirə edilib. Bu münasibətlər çoxtərəflidir və münasibətlərimiz detallı şəkildə müzakirə mövzusu olub. Qarabağ mövzusuna da toxunulub".
Xatırladaq ki, iyun ayının 12-də Bakıda Avropa Oyunlarının möhtəşəm açılış mərasimi baş tutub. Dünyanı heyran edən açılışda Rusiya prezidenti Vladimir Putin də iştirak edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !