Putin və Ərdoğandan 100 milyardlıq anlaşma - Plan

20:43 | 11.10.2018
Putin və Ərdoğandan 100 milyardlıq anlaşma - Plan

Putin və Ərdoğandan 100 milyardlıq anlaşma - Plan

Rusiya və Türkiyə öz aralarındakı ticarət dövriyyəsinin həcmini 100 milyard dollara qaldırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Baş nazirinin köməkçisi Aleksey Qordeyevlə görüşündə Türkiyənin Sənaye naziri Bəkir Pakdəmirli deyib.

Nazirin sözlərinə görə, ticarət dövriyyəsinin həcminin artması tərəflər arasında diplomatik münasibətlərin inkişafına təkan verəcək:

"Türkiyə və Rusiya liderləri hökumətlərinə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 100 milyard dollara çatdırmaq göstərişini verib. Bunun ölkələrimiz arasındakı işbirliyinin güclənməsinə imkan yaradacağını düşünürəm”.

Pakdəmirli hazırda Rusiya və Türkiyə arasındakı ticarət dövriyyəsinin həcminin 22 milyard dollara çatdığını açıqlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM