Suriya prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, Suriya dövlət başçısı Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı İdliblə bağlı sazişi müzakirə edib və Suriyada Rusiyaya məxsus İl-20 təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Oxu.Az bununla bağlı "RİA Novosti” agentliyinə istinadla məlumat yayıb.
"Prezident Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Liderlər İdliblə bağlı əldə edilən sazişi və siyasi vəziyyəti müzakirə ediblər. Əsəd Rusiyaya məxsus İl-20 təyyarəsinin qəzaya uğraması nəticəsində 15 rusiyalı hərbçinin ölməsi ilə bağlı Putinə başsağlığı verib”, - məlumatda bildirilib.
Bir müddət öncə Əsədin İl-20 təyyarəsinin qəzası ilə bağlı Putinə teleqram ünvanladığı bildirilmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !