Antalyada G-20 sammitinə qatılan Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barack Obama noyabrın 15-də qeyri-rəsmi görüş keçiriblər.
Ağ Evin məlumatına görə, iki ölkə başçısı Suriya konfliktinin həlli ilə bağlı müzakirə aparıb. Obama və Putin razılaşıblar ki, Suriyada atışmanı dayandırmaq vacibdir. Qeyri-rəsmi söhbətə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Susan Rice və tərcüməçi də qatılıb.
Ağ Evin məlumatında o da deyilir ki, iki rəhbər həm də Ukraynadakı konflikti müzakirə ediblər, Obama rusiyalı həmkarına Misirdə təyyarə qəzası ilə bağlı başsağlığı verib. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !