Putin xarici vətəndaşlarıda ordusuna dəvət edir

12:09 | 03.01.2015
Putin xarici vətəndaşlarıda ordusuna dəvət edir

Putin xarici vətəndaşlarıda ordusuna dəvət edir

Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşların Rusiya ordusunda müqavilə əsasında hərbi xidmət keçməsinin qaydalarını müəyyən edən fərman imzalayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, sənədə əsasən, xarici vətəndaş olan hərbi qulluqçular hərbi vəziyyət və silahlı münaqişələr şəraitində vəzifələrini beynəlxalq hüququn  qəbul edilmiş prinsipləri və normalarına, Rusiyanın beynəlxalq müqavilələrinə və Rusiya qanunvericiliyinə uyğun olaraq icra edirlər.    
 
Barəsində istintaq tədbirləri və ya məhkəmə prosesi həyata keçirilən, həbs cəzasının çəkilməmiş hissəsi olan və ya azadlıqdan məhrum edilməklə cəza çəkən xarici vətəndaşlarla müqavilə bağlana bilməz.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM