Rusiya prezidenti Vladimir Putin “YUKOS” şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskinin əfv olunması haqqında sərəncam imzalayıb.APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Sərəncama əsasən, 1963-cü il təvəllüdlü Moskva şəhər sakini Mixail Xodorkovski humanizm prinsiplərinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minib. Qeyd edək ki, “YUKOS”un sabiq rəhbəri 2014-cü ilin avqustunda azadlığa çıxmalı idi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !