Putin yeni hərbi koalisiyadan danışır

17:12 | 04.09.2015
Putin yeni hərbi koalisiyadan danışır

Putin yeni hərbi koalisiyadan danışır

Rusiya prezidenti Vladimir Putin İslam Dövləti qrupuna qarşı mübarizədə daha bir beynəlxalq koalisiya yaratmaq çağırışını təsdiqləyib və bu məsələni ABŞ prezidenti Barack Obama ilə müzakirə etdiyini bildirib.

Amma Putin Rusiyanın hazırda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulması məsələsinin gündəlikdə olmadığını deyib.

Putin belə bir bəyanatla sentyabrın 4-də Vladivostokda jurnalistlərlə söhbət zamanı çıxış edib.

Vaşinqton bundan əvvəl Rusiyanın Suriyada hərbi əməliyyatlar aparması ilə bağlı məlumatları diqqətlə izlədiyini bəyan edib.

Vaşinqton hesab edir ki, bu cür əməliyyat pozucu və səmərəsiz olardı.

Vladimir Putin deyib ki, biz terrorçuluq və ifratçılıqla mübarizədə həqiqətən də başqa cür beynəlxalq koalisiya yaratmaq istəyirik və bu məsələni şəxsən ABŞ prezidenti Obama ilə müzakirə eləmişəm.

Putin bu məsələni Türkiyə,Səudiyyə Ərəbistanı, İordaniya və digər ölkələrlə də müzakirə elədiyini deyir.

Putin həmçinin Rusiyanın artıq silah və texnika da daxil olmaqla Suriyaya lazımi qədər ciddi hərbi yardım göstərdiyini bildirib.

Məlumatlara görə Suriya səmalarında Rusiya təyyarələri peyda olub və müəyyən versiyalara görə, onlar artıq İslam Dövləti qrupunun mövqelərinə zərbələr endiriblər.

Amma Kreml bu məlumatı rədd edir. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti