Putin Zelenskinin görüş təklifinə BU CAVABI VERDİ

18:30 | 11.07.2019
Putin Zelenskinin görüş təklifinə BU CAVABI VERDİ

Putin Zelenskinin görüş təklifinə BU CAVABI VERDİ

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşə biləcəyini istisna etməyib.
Redaktor.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Kreml rəhbəri bildirib ki, Ukraynada hökumət formalaşandan və parlament seçkiləri keçiriləndən sonra görüş barədə danışmaq olar.
Xatırladaq ki, 3 gün əvvəl  Zelenski Putinə Minskdə görüşmək üçün çağırış edib.
O bildirib ki,  Minskdə mümkün toplantı zamanı ABŞ prezidenti Donald Tramp, Fransanın dövlət başçısı Emmanuel Makron, Böyük Britaniyanın Xarici İşlər naziri Tereza Mey və Almaniya kansleri Angela Merkel də iştirak etməlidir.
"Kiyev adminstrasiyasının müzakirə etmək istədiyi mövzu Krımın ilhaqı və Ukraynanın şərqindəki vəziyyətdir” - deyə o, bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM