Rusiya Prezidenti Vladimir Putin Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumu iştirakçılarına təbrik məktubu göndərib.
APA-nın Stavropola ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, forumun plenar iclasında Putinin təbrik məktubunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin oxuyub.
Putin məktubunda bildirib ki, bu Forum dövlət, hakimiyyət və biznes strukturlarını, vətəndaş cəmiyyəti institutlarını birləşdirir, Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərində mühüm rol oynayır, ikitərəfli əməkdaşlığa effektli yardım edir. Siz bugünkü forumda kənd təsərrüfatı, sənaye, əczaçılıq və digər sahələrə əməkdaşlıq məsələlərinə baxacaqsınız. Əminəm ki, forumda müzakirə edəcəyiniz birgə layihələr reallaşacaq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !