Putindən ilk ad günü açıqlaması: “Hələ də hər yerim ağrıyır...”

16:03 | 09.10.2014
Putindən ilk ad günü açıqlaması: “Hələ də hər yerim ağrıyır...”

Putindən ilk ad günü açıqlaması: “Hələ də hər yerim ağrıyır...”

Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də tayqanın ucqarlarında ad gününü qeyd etdikdən sonra ilk dəfə mətbuat qarşısına çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya dövlət başçısı Çuvaşiyada ümumdünya Gəzinti Gününün qeyd olunması mərasimi ilə bağlı toplantıda iştirak edib.

Prezident yanında İdman və Bədən Tərbiyəsi Şurasının Şuvaşiyada keçirilən toplantısında Putin etiraf edib ki, 62 yaş günündə dağlarda 9 kilometrə yaxın piyada gedib. Bununla o, Gəzinti Gününə dəstək verdiyini deyib.

“Hələ də hər yerim ağrıyır” - deyə Putin bildirib.

Rusiya prezidenti Gəzinti Gününün çox vacib tədbir olduğunu, bu günün Çuvaşiyada qeyd olunmasının əhəmiyyətini də vurğulayıb.

Putinin ad gününü dəqiq harada qeyd etdiyi açıqlanmır. Ancaq prezidentin mətbuat katibi Dmitri Peskov onun ad gününü ən yaxın yaşayış məntəqəsindən 300-400 kilometr uzaqda qeyd etdiyini deyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti