Putindən iPhone və iPad-lara QADAĞA

17:50 | 05.11.2014
Putindən iPhone və iPad-lara QADAĞA

Putindən iPhone və iPad-lara QADAĞA

2015-ci ilin əvvəlindən Rusiya ərazisində iPhone və iPad-ların həm satışına, həm də istifadəsinə qadağa olunacaq. Qadağaya səbəb ölkənin təhlükəsizliyi göstərilir.

ANN.Az-ın məlumatına görə, Rusiya mediasında dərc olunan xəbərlərə görə, iCloud xidmətini dəstəkləyən heç bir texnologiya ölkəyə gətirilə bilməz. Çünki bu xidməti dəstəkləyən cihazların servisləri Rusiya ərazisində deyil, xarici ölkədə yerləşir. Rusiya hökuməti rus xalqının ən balaca sirrinin belə digər ölkənin. Eləcə də ABŞ-ın əlinə keçməməsi üçün belə bir addım atıldığı deyilir.Bəzi mütəxəssislər hesab edir ki, "Apple" şirkəti əslində Rusiya ərazisində özəl serverlər yarada bilər, düzdü bu, bir qədər şirkətə baha başa gələcək, amma buna Rusiya hökumətinin icazə verib-verməməsi məsələsi də mübahisəlidir. Bir sözlə, 2015-ci ildə ABŞ markası önəmli bir bazarını itirmək təhlükəsiz ilə üz-üzədir. Rusiya əhalisi də növbəti qadğalara tuş gəlməkdədir. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM