Putindən MDB ölkələrinə təhsillə bağlı təklif

14:42 | 12.12.2013
Putindən MDB ölkələrinə təhsillə bağlı təklif

Putindən MDB ölkələrinə təhsillə bağlı təklif

 Rusiya prezidenti Vladimir Putin vahid dövlət imtahanı təcrübəsini Rusiyadan xaricə - MDB ölkələrinə yaymağı təklif edib.

APA-nın “Rossiya 24” telekanalına istinadən xəbərinə görə, bu barədə V.Putin Federasiya Şurasına illik müraciətində bildirib.

 

Prezidentin fikrincə, əcnəbi məktəblilər rus dili imtahanını Rus Dili Mərkəzlərinin bazasında yerli məktəblilərlə birlikdə verməlidir. O, abituriyentlərin cəlb olunması üçün Rusiya və MDB ölkələri arasında orta məktəb təhsili haqqında attestatların qarşılıqlı tanınması haqqında sazişlər imzalanmasını təklif edib: “Bütün bunlar MDB ölkələrinin istedadlı gənclərinə Rusiya ali məktəblərinə daxil olmaq imkanı verəcək.”

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM