Putindən neftin qiymətini bahalaşdırmağı xahiş etdilər

15:59 | 03.09.2015
Putindən neftin qiymətini bahalaşdırmağı xahiş etdilər

Putindən neftin qiymətini bahalaşdırmağı xahiş etdilər

Venesuela prezidenti Nikolas Maduro öz rusiyalı həmkarı Vladimir Putinə neft bazarında vəziyyətin sabitləşməsinə dair tədbirləri müzakirə etməyi təklif edib.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"Biz neft bazarında sabitlik və qiymətlərin sabitləşməsi üçün nə edə biləcəyimizi müzakirə edə bilərik”, - Maduro Pekində Putin ilə görüşdə bildirib.

O qeyd edib ki, bizim bu mövzuya dair yaxşı ideyalarımız var.

Rusiya prezidenti öz növbəsində Nikolas Maduroya ölkələr arasında mal mübadiləsinə dair danışıqlar aparmağı təklif edib.

"İkitərəfli münasibətlərdən danışma imkanına şadam. Keçən il ölkələr arasında mal dövriyyəsi azalmışdı, bu il isə 25 faizdən çox artıb”, - agentlik onun sözlərindən sitat gətirir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti