Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqların nəticələrini müzakirə etməyi təklif edib.
Bu barədə "RİA Novosti” xəbər yayıb.
"Mən sizi Azərbaycandan və Ermənistandan olan həmkarlarımla görüşün nəticələri barədə qısaca məlumatlandırmaq və bu mövzuda bir az danışmaq istəyirəm”, - deyə o, bildirib.
Putin RF Xarici İşlər naziri Sergey Lavrovun da hesabatla çıxış edəcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, yanvarın 11-də Moskvada Putin, Əliyev və Paşinyan arasında danışıqlar aparılıb. Danışıqlardan sonra Rusiya lideri üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi İşçi Qrupunun yaradıldığını elan etdi. İşçi Qrupu yaxın gələcəkdə Dağlıq Qarabağın inkişaf planlarını təqdim etməlidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !