Putindən yeni QƏRAR

22:37 | 10.07.2015
Putindən yeni QƏRAR

Putindən yeni QƏRAR

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra keçirilən mətbuat konfransında mənəvi aspektlərdən yoqanı mənimsəyə başladığını bildirib. 

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o niyə bu qərara gəldiyinin səbəbini də açıqlayıb. 

"Axı yoqa fiziki təkmilləşmədən ruhi təkmilləşməyə aparır. Gəlin hesab edək ki, mən hələ ki, ruhani mərtəbədən başlamışam. Ancaq hələ burada da öz üzərimdə çox işləməliyəm” – deyib Kreml başçısı.

Qeyd edək ki az öncə Rusiya prezidenti Hindistan baş naziri Narendre Modi ilə görüşdə yoqa ilə məşğul olacağına söz vermişdi.    

"Hələ ki, məşğul olmadığım nəsə varsa, bu da yoqadır. Yoqa cəlb etməyə bilməz. Mən çalışacağam və elə bilirəm özümün idman hazırlığımdan istifadə edib bunun  öhdəsindən gələ biləcəyəm” – əlavə edib Putin.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM