Putinə ağır zərbə- Milyarderlər onu tərk edir

15:13 | 24.01.2015
Putinə ağır zərbə- Milyarderlər onu tərk edir

Putinə ağır zərbə- Milyarderlər onu tərk edir

Rusiya prezidenti Vladimir Putinin əhatəsindəki milyarderlər onu tərk etməyə başlayıblar. "Qafqazinfo” xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.


Nəşrin yazdığına görə, Putin onunla əlaqələrinə görə qazanc əldə edən və sanksiyalardan hər kəsdən daha çox zərər çəkən şəxslərə qarşı daha şübhəli davranmağa başlayıb.

Putinə yaxın biznesmenlər öz öhdəliklərini başa düşürlər və onu ictimai şəkildə tənqid etməkdən çəkinirlər. Eyni zamanda, prezidentin ambisiyalarına görə öz sərvətlərini də itirmək istəmirlər.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Putinin Ukrayna ilə bağlı siyasətinə görə əhatəsindəki insanların ondan narazı olması barədə heç nə bilmir.

Milyarder Qennadi Timçenko öz nümayəndələri vasitəsilə prezidentin Ukrayna məsələsi ilə bağlı tutduğu mövqeni şərh etməkdən imtina edib. Digər iş adamı Arkadi Rotenberqin nümayəndəsi isə biznesmenin Putinin siyasətini tənqid etdiyini demək yanlış olardı. Boris Rotenberqin mətbuat xidməti isə şərh verməkdən imtina edib.



ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM