Modern.az bildirir ki, bunu "Ukrainskoy pravde” qəzetinə müsahibəsində müxalifətçi, Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov deyib:
"Putin dilemma qarşısındadır – bir tərəfdən ona müharibə və iqtisadiyyatda problemlər lazımdır və o sanksiyalara reaksiya vermək istəmir, digər tərəfdən, ona hakimiyyətini saxlamaq üçün müharibə lazımdır. Hansı yolla? Səfərbərlik efffekti ilə”.
Kasyanov əlavə edib ki, Putin bu yolla əhalini nəzarətdə də saxlayır: "Buna görə, hər şey xarici düşmənlərin üzərinə atılır. Xarici düşmənlər – ABŞ və Avropa İttifaqıdır. Xalqa izah da sadədir: "Biz müdafiə olunuruq, hər tərəf xəndəkdir, bizə hücum edirlər, bizi neftdən və qazdan, suverenlikdən məhrum etmək istəyirlər”.
Siyasətçi deyir ki, belə situasiya uzun müddət davam edə bilməz və gələn il Putin Ukrayna ilə mövqeyini müəyyənləşdirəcək, çünki Rusiya iqtisadiyyatı davam gətirməyəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !