Putinə növbəti zərbə: Onlar kəşfiyyatın hədəfi olacaq

18:30 | 08.12.2018
Putinə növbəti zərbə: Onlar kəşfiyyatın hədəfi olacaq

Putinə növbəti zərbə: Onlar kəşfiyyatın hədəfi olacaq


Böyük Britaniya kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinə ən yaxın milyarderlərin "qara siyahı"sını hazırlayıb.

Publika.az xəbər verir ki, siyahıya Roman Abramoviç, İqor Seçin, Əlişir Osmanov, Oleq Deripaska, Arkadi Rotenberq və Boris Rotenberq daxil edilib. Böyük Britaniyanın baş naziri Tereza Meyin ona təqdim edilmiş siyahını bəyəndiyi bildirilir. Siyahıdakı şəxslər Britaniya kəşfiyyatı üçün hədəf olmalıdır.

"Bu şəxslər prezident Vladimir Putinlə fövqəladə peşəkar və maliyyə münasibətlərinə malik şəxslər kimi müəyyən edilib. Hesab edirik ki, onlar bir sıra istiqamətlər üzrə Kremlin sazişlərində iştirak edir, həmçinin Rusiya dövlətinin xeyrinə öz maliyyə imkanlarından istifadə edirlər", - nəşrin həmsöhbəti deyib.
Onun sözlərinə görə, London adıçəkilən şəxslərin manevrin azadlığını, Böyük Britaniya və Avropanın başqa dövlətlərinə azad səyahət etmək və bu ölkələrdə işləmək qabiliyyətini məhdudlaşdırmaq niyyətindədir.

"Bu insanlara təsir Böyük Britaniya hökumətinin Solsberidə edilən hücuma cavabının mühüm hissəsi olacaq", - mənbə dəqiqləşdirib.
"Qara siyahı" Britaniyanın Şimali Amerika və Avropadakı müttəfiqlərinə çatdırılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM