Putinə qarşı şok İTTİHAM

13:14 | 21.10.2014
Putinə qarşı şok İTTİHAM

Putinə qarşı şok İTTİHAM

Polşa Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri  Radoslav Sikorski Amerikanın "Politico" qəzetinə verdiyi müsahibəsində, 2008-ci ildə Putinin Polşa hökumətinin rəhbəri Donald Tusku Ukraynanın bölünməsində iştirak etməyə təhrik etdiyini deyib. Rusiya prezidentinin mətbuat katibi bu məlumatı təkzib edib.

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, keçmiş nazir Radoslav Sikorski bildirib ki, həmin dövrdə baş nazir olmuş Donald Tuska Vladimir Putin Ukraynanı bölüşdürməklə bağlı təklif edib. "O, istəyirdi ki, biz Ukraynanın "bölünməsində" iştirak edək. Putin bildirdi ki, Ukrayna süni yaradılmış ölkədir, Lvov Polşanın şəhəridir. Niyə biz bu məsələni öz aramızda həll etməyək?"

Tuskanın Moskvaya səfəri 2008-ci ilin fevral ayında gerçəkləşib. O vaxt Ukraynanın prezidenti Viktor Yuşşenko idi və Ukraynanın Moskva ilə münasibətləri tamamilə pozulmuşdu. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM