Putinə qarşı “supergüc” yaradılır

11:48 | 09.03.2015
Putinə qarşı “supergüc” yaradılır

Putinə qarşı “supergüc” yaradılır

Avropa Komissiyasının sədri Jan Klod Yunker vahid Avropa odrusunun yaradılması təklifini irəli sürüb.

ANS PRESS-in məlumatına görə, Almaniyanın "Die Welt" qəzeti bildirib ki, Avropa Komissiyası sədrinin fikrincə, həmin ordudan, əgər bu ideya gerçəkləşərsə, o cümlədən, Rusiyanın yaratdığı təhlükələrin də öhdəsindən gəlmək üçün istifadə oluna bilər.

Aİ-nin vahid ordusu Yunkerin fikrincə, "vahid ümumi xarici siyasətin qurulmasında və Avropa təhlükəsizlik siaysətini bütün dünyada həyata keçirməyə imkan verəcək".

Jan Klod Yunker hesab edir ki, Avropa Ittifaqı bu addımla öz dəyərlərinin müdafiəsində möhkəm dayandığının Rusiyaya anlada bilərdi.

Yunker ilə Bundestaqın Xarici İşlər üzrə komitəsinin sədri Norbert Rötgen də razılaşıb və "Vahid Avropa ordusunun yaradılması barədə düşünmək vaxtı çatıb"- deyib.

O bildirib ki, Avropa ölkələri birlikdə müdafiəyə Rusiyadan daha çox pul xərcləyir, lakin bir neçə kiçik ordunun saxlanmasına pullar səmərəsiz xərclənir. Bu fikri Almaniyanın müdafdiə naziri Ursula von der Leyen də dəstəkləyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti