Putini qapı dalında qoydular

12:19 | 14.04.2015
Putini qapı dalında qoydular

Putini qapı dalında qoydular

Almaniya XİN: "Rusiyanın sammitdə iştirakı Ukraynadan asılıdır"

Almaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın "Böyük Yeddilər" (G7) Sammitində iştirak etməsinin şərtlərini açıqlayıb. 

ANS PRESS-in məlumatına görə, Almaniyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer bildirib ki, Ukraynada vəziyyətin müsbətə doğru dəyişməsi baş verərsə, Rusiyanın G7 sammiti üçün qapısı açıla bilər.

O deyib: "Təəssüf ki, indiki siyasi vəziyyət Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun G7-nin qarşıdakı sammitində iştirakını qeyri-mümkün etdi. Berlində "Norman dördlüyü" ölkələrin XİN başçıları Frank-Valter Ştaynmayer (Almaniya), Sergey Lavrov (Rusiya), Lorana Fabiusa (Fransa) və Pavel Klimkina (Ukrayna) arasında Minsk razılaşmasının reallaşdırılması ilə bağlı müzakirə aparılıb.

Nazirlər görüş zamanı "Böyük Yeddilik" Sammitinin gündəliyi ilə bağlı razılığa gəliblər. G7 Sammiti bu gün Almaniyanın sədrliyi çərçivəsində Lübek şəhərində başlayacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın iştirakı olmadan G7 Sammitində qlobal problemlərin müzakirəsinin səmərəsi olmayacaq. O, "Rusiya sammitdə iştirk etməkdə maraqlıdırmı" sualına belə cavab verib: "Rusiya Federasiyası istənilən əməkdaşlıq üçün açıqdır."

Xatırladaq ki, 2014-cü ildə Soçidə inkişaf etmiş dövlətlərin qeyri-formal klubunun sammitinə G7 ölkələrinin liderləri qatılmayıb və Brüsseldə Rusiyanın iştirakı olmadan toplaşıb. Bu qərar Krım hadisələri fonunda qəbul edilib. Bundan sonra "Böyük Səkkizlik" "Böyük Yeddiliyə" çevrilib.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM