Putini tənqid edən Kara-Murzanı Navalnının aqibəti gözləyə bilər

14:25 | 11.07.2024
Putini tənqid edən Kara-Murzanı Navalnının aqibəti gözləyə bilər

Putini tənqid edən Kara-Murzanı Navalnının aqibəti gözləyə bilər

Rusiyada Putin hakimiyyətinə müxalifətdə olan siyasətçi Vladimir Kara-Murzanın səhhəti hazırda nisbətən stabildir. Amma o, cəzasını islah koloniyasında çəkməyə mane olan ağır xroniki xəstəlikdən - polineyropatiyadan əziyyət çəkir. Bunu məşhur rusiyalı jurnalist və siyasətçi Kara-Murzanın vəkili Vadim Proxorov deyib.

Vəkil bildirib ki, siyasətçi tibbi müayinədən keçmək üçün Omsk vilayətindəki xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, hazırda müdafiə tərəfi transferin hansı zərurətdən həyata keçirildiyini dəqiqləşdirməyə çalışır. 

Pulitser mükafatına layiq görülən Kara-Murza 2023-cü il aprelin 17-də dövlətə xəyanətdə, Rusiya ordusuna böhtan yaymaqda və arzuolunmaz təşkilatla əməkdaşlıqda ittiham olunaraq 25 il müddətinə azadlıqdan məhrum edilib. 

İyulun 10-da Kara-Murzanın vəkili nəhayət ki,  müdafiə etdiyi şəxslə  görüşə bilib. 
 
"Novaya qazeta”nın məlumatına görə, Vladimir deyib ki, bu xəstəxana Omskda baş çəkdiyi bütün müəssisələr arasında ən sərt rejimə malikdir.

Bundan əvvəl media Kara-Murzanın həbsxana xəstəxanasına "tək nəfərlik kamerada” yerləşdirildiyini yazmışdı.

Bir gün əvvəl "Novaya qazeta”nın baş redaktoru, Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov Rusiya düşərgələrində ölə biləcək rusiyalı siyasi məhbusların hazırda Kiyevdə saxlanılan rus hərbi əsirləri ilə dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.

2024-cü il fevralın 16-da müxalifət lideri Aleksey Navalnı Rusiya həbsxanasında dünyasını dəyişib.
 
N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür