Putini tənqid edən məşhur tatar fəalı həbs olundu

14:59 | 29.12.2014
Putini tənqid edən məşhur tatar fəalı həbs olundu

Putini tənqid edən məşhur tatar fəalı həbs olundu

Rusiya hüquq-mühafizə orqanları tanınmış tatar ictimai xadimi Rafis Kaşapovu həbs ediblər.

Modern.az Rusiya mətbuatına isitnadən xəbər veir ki, Tatarıstanın Naberejnıe Çelnı şəhərində həbs olunan Kaşapov bundan bir gün öncə Türkiyəyə səfərdən geri dönüb. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin "milli zəmində nifaq salma” maddəsi ilə iş açılıb. Kaşapovun evinə baxış keçirən Rusiya polisi onun telefonunu, noutbukunu və bütün şəxsi sənədlərini müsadirə edib.

Yerli tatar fəallarının fikrincə, baş vernələr Kaşapovun türk xalqlarını müdafiə etməyə yönəlmiş fəaliyyəti ilə bağlıdır.

Xatırladaq ki, Ümumrusiya Tatar İctimai Mərkəzinin sədri olan Rafis Kaşapov Putin hakimiyyətinin milli azlıqlarla bağlı siyasətini tənqid edən əsas tatar siyasətçilərindən biri hesab olunur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti