Putinin adı ölümdə hallanır

11:19 | 28.01.2015
Putinin adı ölümdə hallanır

Putinin adı ölümdə hallanır

Böyük Britaniya paytaxtında Rusiyanın keçmiş casusu Aleksandr Litvinenkonun ölümünə dair açıq məhkəmə başlayıb.

ANS PRESS-in məlumatına görə, məhkəmənin əvvəlində A.Litvinenkonun xanımı Marinanın vəkili Ben Emmerson danışıb. O deyib ki, Rusiya prezidenti Vladimir Putinin "maskası bu məhkəmədə açılmalıdır, o, dövlət başçısı libası geyinmiş ciyayətkadır."

Məhkəmədə bildirilib ki, A.Litvinenko Rusiyanın "mafiya dövləti"nin qəlbində "korrupsiyanı ifşa etdiyi" üçün qətlə yetirilib.

A.Litvinenko 2006-cı ilin noyabrın Londonda qaldığı oteldə çayına qatılmış radioaktiv maddədən zəhərlənib. İki rusiyalı şübhəli Andrei Lugovoi və Dmitry Kovtun bu işdə əli olmadığını deyirlər.

Rusiya həmin şəxsləri təhvil verməkdən imtina edib. Kreml də bu ölümə aiddiyyatı olmadığını bildirir.

Məhkəmənin iki ayadək uzanacağı gözlənir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM