Yüksək səviyyəli İşçi qrup energetika sferasında əməkdaşlığın inkişafı ilə məşğul olacaq.
"Rusiya və Azərbaycan energetika sahəsi üzrə işçi qrup yaradacaq".
ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov söyləyib.
O bildirib ki, hökümətlərarası komissiya çərçivəsində xüsusi olaraq yaradılan yüksək səviyyəli İşçi qrup energetika sferasında əməkdaşlığın inkişafı ilə məşğul olacaq.
Rusiya prezidentinin köməkçisi söyləyib ki, bu işçi qrup Rusiya və Azərbaycan arasında energetika sahəsi üzrə ikitərəfli əməkdaşlığın inkişafı ilə məşğul olacaq.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizmdir. 2008-ci ilin iyunun 16-da energetika naziri S.İ.Şmatko Komissiyanın Rusiya tərəfdən həmsədri təyin edilib. Azərbaycan tərəfdən isə Komissiyanın həmsədri baş nazirin birinci müavini Y.E.Eyyubovdur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !