Bu “Lada” o “Lada”dan deyil!
Rusiyanın yeni “Lada” sualtı qayığı ABŞ-ın dəniz hökmranlığına son qoyacaq. Bununla belə Vaşinqton öz qlobal geosiyasi rolunu birdəfəlik itirmək riski ilə üzləşəcək.
ANN.AZ FaktXəbər-Ə istinadən bildirir ki, Rusiya Federasiyasında 677 seriyalı “Lada” sualtı qayığın təchiz olunması barədə layihə qəbul edilib. Sınaq uğurla başa çatıb. “Lada” havadan asılılığı olmayan enerji qurğularına görə (Havadan asılı olmayan mühərrik suyun uzərinə qalxmağa ehtiyacsız edən yeni bir texnologiyadır. Bu termin adətən nüvə enerjisindən istifadəni istisna edir.Mühərrkin 4 növü var:
1. Kənar isti ilə işləyən mühərrik;2. Qapalı stirlinq dizelli mühərirk;3. Buxar turbinli qapalı dövr qurğusu əsasında quraşdırılan mühərrik;4. Elektrokimiyəvi generatorla işləyən enerji qurğuları. Müxtəlif ölkələr havadan asılı olmayan enerji qurğularını özünəməxsus şəkildə istehsal edir. Məsələn, İsveç stirlinq mühərriki əsasında qurğular istehsal edir, Almaniya qurğuların istehsalında elektrokimiyəvi generatordan yararlanır, Fransa isə buxar turbinli qapalı qurğu əsasında havadan asılı olmayan enerji qurğularını tətbiq edir. Qeyd edək ki, Rusiya havadan asılı olmayan enerji qurğularının istehsalını elektrokimiyəvi generator əsasında edir - red) dünyada ən müasir və təchizatlı sualtı qayıqlardan sayılır. Ona oxşar sualtı qayığı təkcə Almaniya və İsveçdə hazırlayırlar. Lakin nə Almaniyanın, nə də İsveçin sualtı qayıqları istər taktiki və texniki xüsusiyyətləri baxımından, istərsə də silah gücü baxımından rusların “Lada”sı ilə müqayisə etmək mümkün deyil. “Rubin” Mərkəzi Layihə-tikinti Zavodunun istehsalı olan “Lada” sualtı qayığı həm torpedo, həm də ixtisaslaşdırılmış şaquli raket şaxtaları vasitəsilə stasionar dəniz və yerüstü hədəflərə raket zərbələri endirməyə qadirdir. Nadir hidroakustik kompleksə görə, bu qayıq xeyli uzaq məsafədə hədəfi aşkar edir. “Lada” 300 metrə qədər suyun dərinliyinə enərək, 45 sutkaya qədər suyun altında qala bilir. Qayığın səsinin azadılması üçün vibro-izolyator və maqnitli avarçəkmə elektrik mühərrikindən istifadə olunur. Qayığın korpusu isə hidrolokatorların siqnallarını udan xüsusi “Şimşək” materialı ilə döşənmişdir. Qeyd edək ki, Rusiya donanması 2020-ci ilə qədər 14 ədəd bu cür qeyri-nüvə sualtı qayığı almağı planlaşdırır. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !