Putinin G20 sammitində iştirakı barədə qərar hələ qəbul edilməyib

17:32 | 14.10.2024
Putinin G20 sammitində iştirakı barədə qərar hələ qəbul edilməyib

Putinin G20 sammitində iştirakı barədə qərar hələ qəbul edilməyib

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Moldovadakı seçki prosesinə müdaxilə etməsi ilə bağlı ittihamları rədd edib. O, qeyd edib ki, "Moldovada Rusiya ilə yaxşı münasibətləri dəstəkləyən çoxlu tərəfdar var", lakin "onların siyasi qüvvələr yaratmasına mane olurlar".


Peskov həmçinin vurğulayıb ki, bir çox ölkələr BRİKS-in "demokratikliyi"nə cəlb olunurlar, G7 kimi "qapalı klublar"la müqayisədə. O, "Qərbin diktəsinə tabe olmayan dünya güclərinin BRİKS-ə artan marağını" qeyd edib.


Kremlin sözçüsü Almaniya kəşfiyyatının NATO-nun genişlənməsindən sonra Rusiyanın mümkün hücum təhlükəsi barədə mülahizələrini "məntiqsiz" adlandırıb.

 

O, həmçinin bildirib ki, "silahların ixtisarı üzrə danışıqlar digər təhlükəsizlik aspektləri ilə əlaqələndirilmədən mümkün deyil, lakin vurğulayıb ki, bu məsələləri təxirə salmaq olmaz və nüvə silahsızlaşdırılması məsələləri kompleks şəkildə nəzərdən keçirilməlidir".

 

Onun sözlərinə görə, kosmos "Rusiya və ABŞ arasında əməkdaşlığın, çətinliklərə baxmayaraq, davam etdiyi yeganə sahə olaraq qalır".


Peskov əlavə edib ki, "Vladimir Putinin G20 sammitində iştirak etməsi barədə qərar hələ qəbul edilməyib.

 

N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM