"Ermənistana təhlükə olarsa, Moskva məsələyə qarışmayacaq”
Yaxın perspektivdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında geosiyasi vəziyyəti kəskinləşəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı KTMT katibliyinin yeni başa çatmış qapalı iclasının iştirakçıları ilə söhbətdən sonra bu nəticəyə gəlib.
KTMT-nin məsuliyyət zonasına Rusiya, Belarus, Mərkəzi Asiya və Ermənistan daxil olduğunu qeyd edən KİV-lər Əfqanıstan, Baltikyanı ölkələr və Polşadan gələ biləcək potensial təhlükələrdən bəhs edirlər.
Erməni mətbuatı da məsələyə diqqət yetirir və Ermənistanla bağlı məsələnin bir qədər ümumi rakursdan fərqləndiyini vurğulayır. Ermənistanın qonşularının - Türkiyə və Azərbaycanın Rusiya ilə müttəfiq olduğunu vurğulayan İrəvan KİV-ləri KTMT qüvvələrinin region üzrə əsas məqsədinin bölgəyə rus hərbçilərinin yerləşdirilməsi olduğunu vurğulayır.
"Məsələ bundadır ki, bu blok əslində tamamilə Rusiya hərbi təşkilatıdır, maraqları başqa üzv ölkələrin maraqları ilə üst-üstə düşmür. Bu ölkələrə təhlükə yaranarsa, KTMT qarışmayacaq. Bunu blokun baş katibi bildirib. Bunun əvəzində Ermənistan - Azərbaycan sərhədinə "sülhməramlılar”ın yerləşdirilməsi məsələsi ciddi müzakirə edilir”,- deyə erməni portalı "Lragir” vurğulayır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !