Putinin həll planı - 7 maddə

15:41 | 04.09.2014
Putinin həll planı - 7 maddə

Putinin həll planı - 7 maddə

Rusiya Dövlət Başçısı Vladimir Putin Ukrayna böhranının həlli üçün 7 maddədən ibarət həll planını açıqlayıb. 

Rusiya lideri bu planı Monqolustanın paytaxtı Ulan Batora səfəri zamanı açıqlayıb.Putin əvvəlcə Ukrayna ordusunu Donetsk və Luqansk bölgələrində apardığı əməliyyatlara son verməyə və bölgədən geri çəkilməyə çağırıb. 

Tərəflər arasındakı atəşkəs beynəlxalq müşahidəçilər tərəfindən yoxlanılacaq. Bölgəyə humanitar yardım dəhlizləri açılacaq və bərpa işlərinə başlanılacaq. 

Putin Ukrayna Təmas Qrupunun sabah keçiriləcək toplantısında nəticə əldə olunacağına ümid etdiyini söyləyib. Xatırladaq ki, Ukrayna Təmas qrupu yığıncaqlarına Moskva, Kiyev və separatçılarla birlikdə ATƏT-in nümayəndələri də qatılır. 

Ukrayna hökuməti isə Putinin 7 maddəlik planını Avropa Birliyinin sanksiyalarından qurtulmaq üçün manevr olduğunu bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM