Putinin humanitar maskası - YAZI

15:58 | 17.11.2014
Putinin humanitar maskası - YAZI

Putinin humanitar maskası - YAZI

“Rusiyanın Ukraynaya "humanitar yardım" bəhanəsi ilə müdaxiləsinə Amerika Birləşmiş Ştatları haqlı olaraq etirazını bildirdi. Vaşinqton Kremlin yalanını elə öz adıyla adlandırdı: "Mərhəmət bəhanəsi ilə təhlükəli təxribat. Bu, Şərqi Ukraynaya yenidən daxil olmaq üçün humanitar böhrandan istifadə etmiş Rusiya prezidenti Vladimir Putinin ikiüzlülüyü olmaqla yanaşı, həm də regionun sonrakı destabilizasiyası üçün Rusiya separatizminin intensivləşməsidir”, -  Daily Caller yazır.Belə görünür, Putinin Rusiyadan kənar rusdilli əhalinin və gürcü Abxaziyası, Cənubi Osetiyası və Ukrayna Krımı kimi strateji yerlərdə Rusiya vətəndaşlarının müdafiəsi kimi müəyyən humanitar səbəbləri var.Dünya xəbərləri aldadıcı marketinqdən sığortalanmayıb, buna görə də hərbi müdaxilə "humanitar kömək" aktı adlandırıla bilər, ancaq o, öz real xarakterinə və hədəfinə görə kifayət qədər şübhələr doğurur, buna görə də qərb liderlərinə artıq hər şeyi öz adı ilə adlandırmaq təklif olunur.Əlbəttə, "humanitar" fənddən istifadə edən təkcə Kreml deyil. Qəzza sektoru həqiqətən köməyə ehtiyac duyduğu bir vaxtda, Həmas terrorçularını təmizə çıxartmaq və İsraili qaralamaq üçün "humanitar konvoylar"dan tez-tez istifadə olunur. Real köməkdən fərqli olaraq, belə daşımalar mətbuatda daha çox şişirdilir və heç bir xeyir gətirmir. Həmas tərəfindən provokasiya edilmiş böhranın mərkəzində olan Qəzza sakinləri real köməkdən daha çox PR alırlar.Bu cür maxinasiyalara münasibətdə ABŞ-ı da günahsız adlandırmaq olmaz. Hərçənd, dünya ictimaiyyəti kimi, Vaşinqton da öz Avrasiya müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bildirib, ancaq ABŞ Dağlıq Qarabağ separatçılarına birbaşa yardım edən yeganə ölkədir. ABŞ erməni-amerika lobbisinin təzyiqləri altında Dağlıq Qarabağda yaşayan 50 000 erməniyə yardım göndərdi, ancaq Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilmiş ərazilərində etnik təmizləmənin aparılmasının nəticəsi olaraq qaçqın düşmüş bir milyon azərbaycanlıya yardım etməkdə çox da həvəsli olmadı.Müstəqilliyin Dəstəklənməsi haqqında 907-ci düzəliş də eyni dərəcədə siyasiləşmiş oldu, bu düzəliş Azərbaycana yarım göstərilməsini istisna edir. 2001-ci ildə, Əfqanıstanda əməliyyatın keçirilməsi üçün ABŞ-a Azərbaycanın köməyi lazım olduqda, bu seksiyadan imtina etdilər, ancaq onu tamamilə ləğv etmədilər. Eləysə, Ağ Ev Rusiyanın Ukrayna separatçılarına yardımını təhlükəli provokasiya adlandırıb, humanitar yardımla bağlı bütün məsələlərin Ukrayna hakimiyyəti ilə razılaşdırılmalı olmasına dair çağırışlar etdiyi halda, nədən özü erməni separatçılarına yardım göndərərkən eyni məsələlərin Azərbaycanla razılaşdırılmasına kor-koranə məhəl qoymur?Daha bir fakt maraqlıdır ki, Kreml öz qərb tərəfdarlarını möhkəmləndirməkdə və rəqiblərini cəzalandırmaqda ikən, ABŞ Azərbaycan kimi tərəfdarının vasitəsilə öz rəqiblərinə dəstək göstərir. Bir müddət əvvəl Ermənistan 2044-cü ilə qədər Rusiyanın ən böyük hərbi bazasını yerləşdirməyə razılıq verən keçmiş sovet respublikalarından sonuncu oldu. Rusiya hərbçiləri artıq erməni yerüstü və hava sərhədlərində patrul çəkirlər. Ermənistan həmçinin Moskvanın başçılıq etdiyi Avrasiya Gömrük İttifaqına, yəni SSRİ-nin Putin mini versiyasına qoşuldu və artıq 4 ildir İrana yaltaqlanır.Devid BernşteynTərcümə Ramil RahiboğluANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM