Putinin ideoloqu Azərbaycandakı vəziyyətin gərginləşməsi planları barədə

16:49 | 18.04.2014
Putinin ideoloqu Azərbaycandakı vəziyyətin gərginləşməsi planları barədə

Putinin ideoloqu Azərbaycandakı vəziyyətin gərginləşməsi planları barədə

“Bakının Rusiyaya qarşı çıxması, azərbaycanlıların bizə əks getməsidir”.Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün, eləcə də Qarabağın zəmanəti də Rusiyadır. Əgər Rusiyanın bu funksiyaları üzərindən atmağını düşünsək, o zaman Ermənistan və Qarabağın ərazi bütövlüyünə zəmanət olmayacaq.Belə ki, Rusiya proporsional dövlətdir, və təbii ki, həmsərhəd dövlətlər öz ərazi bütövlüyünü yalnız Rusiya ilə səmimi qonşu münasibətləri hesabına qoruya bilər.Oxu.Az Haqqın.az-a istinadən bildirir ki, belə sensasiyalı bəyanatı Putin rejiminin ideoloqlarından biri “Vahid Rusiya” partiyasının ideoloqu, Dövlət Dumasının sədri S.Narışkina yanında ekspert şurasının üzvü Aleksandr Duqin edib.Putin ideoloqunun sözlərinə görə, “Qarabağ bu gün üçün ermənilərindir, çünki ermənilər Rusiya ilə razılaşıblar”.Öz müsahibəsində Aleksandr Duqin Azərbaycana qarşı hədələri aşkar şəkildə  ifa edərək, Rusiyanın Azərbaycanda vəziyyəti gərginləşdirməsi barədə gizli planlarını açıqlayır:“Azərbaycanda talış, ləzgi amili mövcuddur. Azərbaycanın ciddiliyini təsəvvür etmədiyi bir çox başqa amillər də var. Rusiyanın dostluq və ya düşmənçilik dili ilə danışmaq üçün bir çox üsulu var”.Kremlyönlü siyasətçinin Azərbaycana olan qəzəbinin səbəbi Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə olan münasibətidir:“Bakının bizə qarşı çıxması, azərbaycanlıların bizə əks getməsi deməkdir. Bu Saakaşvili və Kiyev xuntası kimidir, biz isə belə siyasətin nə ilə bitdiyini bilirik... Əgər Rusiya ona qarşı düşmənçilik nümayiş etdirən Azərbaycanla danışmağa başlasa, Dağlıq Qarabağdan başqa Rusiya tərəfdən işə salınacaq bir sıra digər amillər də var”,  - A.Duqin vurğulayıb.Bundan başqa əlavə edib ki, Azərbaycandan fərqli olaraq “Ermənistan özünü sadiq dost kimi göstərdi, bunu qiymətləndirdik, Azərbaycan isə bizə gözlənilmədən xəyanət etdi, bu da tərəfimizdən dəyərləndirildi. Susacayıqmı? Əlbəttə ki, yox. Onlar özünüməhv yolu ilə gedirlər”, - Putin Avropa İttifaqının tərəfdarlarından biri deyib.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM