Putinin məşqi bodibildinq jurnalı tərəfindən tənqid edildi - FOTO Amerikanın bodibilderlər üçün nəzərdə tutulmuş "Muscle & Fitness” jurnalının ekspertləri Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyevin məşqini təhlil etdikdən sonra onun texniki cəhətdən düzgün yerinə yetirilmədiyini bildiriblər.
Milli-Xeber.Az xəbər verir ki, Putinin xüsusilə bloklarda sinə dartma hərəkətləri ("cable crossover”) tənqid atəşinə tutulub.
Jurnalın baş redaktorunun müavini Mett Tathill (Matt Tuthill) bildirib ki, bu məşqi daha aşağı tempdə etmək və qolları qarşıda bel səviyyəsində birləşdirmək lazımdır. Yalnız belə olduğu təqdirdə aşağı sinə əzələlərinə təzyiq düşəcək ki, bu da idmançıya sinə qabarıqlığını düzəltməyə imkan yaradacaq.
Mütəxəssislər həmçinin bu məşqin düzgün texnikasını da nümayiş etdiriblər.
Qeyd edək ki, prezidentin Soçi iqamətgahında çəkilən və internet şəbəkələrində hitə çevrilən məşqi qısa müddət ərzində bir çox məzəli fotomontajların yaranmasına səbəb olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !