“Bu, Azərbaycan üçün əlverişli andır”.
Dağlıq Qarabağ ətrafında vəziyyət kəskinləşir, orada artilleriyanın tətbiq edildiyi döyüşlər gedir.
Çoxları bu gərginliyin artmasını Donbassda gedən döyüşlər və Dnesteryanı və Ukrayna sərhəddində artan gərginliklə əlaqələndirməyə çalışır.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə məşhur rus politoloqu, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Dövlət Dumasının keçmiş deputatı və Rusiya Federasiyasının prezidentinin müvəkkili Sergey Markov bildirib.
“Guya ABŞ Rusiyanı münaqişələr halqasına alır. Düşünürəm ki, bu şişirdilmiş ifadədir. Donbass və Dnesteryanıda ABŞ-ın Rusiyaya birbaşa təzyiqi var. Amma Cənubi Qafqazda Azərbaycan məncə müharibə istəmir, sadəcə fürsətdən istifadə edərək ona boş qalmış işğal altında olan rayonlar, o cümlədən də hər zaman azərbaycanlıların yaşadığı Ermənistan tərəfindən işğal edilmiş Şuşa və Tərtər su anbarı qaytarılsın”, - o vurğulayıb.
Sergey Markovun sözlərinə görə, Ermənistan onları artıq 25 ildir ki, boş saxlayır.
“Onları gələcək üçün, Qarabağın tanınması üçün saxlayır. Azərbaycan isə torpaqlarını qaytarmaq, sonra isə Ermənistan ilə Dağlıq Qarabağ haqqında danışmaq istəyir. Bunun üçün ABŞ deyil, məhz Azərbaycan 15 illik iqtisadi inkişaf ərzində öz hərbi üstünlüyünü nümayiş etdirir. Fürsət nə ABŞ, nə də Rusiyanı bu dəqiqə Ermənistanın maraqlandırmaması ilə əlverişlidir. Çünki məhz ABŞ və Rusiya indiyə qədər dolayı yolla Ermənistanı dəstəkləyirdilər. Onlar isə indi Ukraynaya görə münaqişədədirlər”, - o yekunlaşdırıb.
ANN.Az