Putinin partiyası heteroseksuallar üçün bayraq hazırladı

15:20 | 08.07.2015
Putinin partiyası heteroseksuallar üçün bayraq hazırladı

Putinin partiyası heteroseksuallar üçün bayraq hazırladı

"Vahid Rusiya”nın Moskva şöbəsi ikicinsli seksual münasibətlərin tərəfdarları üçün bayraq hazırlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya” qəzeti iyul ayının 8-də yazıb.

"Bu, bizim eynicinsli nikahlara, ailə anlayışının təhqirinə cavabımızdır. Biz ölkəmizdə gey-xəstəliyin qarşısını almalı və ənənəvi dəyərləri dəstəkləməliyik”, - partiyanın paytaxt şöbəsinin rəhbərinin müavini Aleksey Lisovenko bildirib.

Bayraqda ana, ata və valideynlərin əlindən tutan üç uşaq təsvir edilib. Təsvir "#nastoyashaya semya” haştaqı ilə imzalanıb. Heteroseksualların rəmzinin Rusiya bayrağının rəngləri ilə bir neçə variantı mövcuddur: ağ fonda ailənin qırmızı rənglə təsviri və göy, eləcə də qırmızı fonda ailənin ağ rəng ilə təsviri.

Bayrağı iyulun 8-də "Ailə, məhəbbət və sədaqət günü” şərəfinə Sokolniki parkında təşkil olunmuş tədbirdə nümayiş etdirmək planlaşdırılır. Bütün tədbirlərin ənənəvi dəyərləri dəstəkləmək üçün yürüş şəklində keçirilməsi düşünülüb.

İyun ayının 26-da ABŞ-ın Ali məhkəməsi bütün ölkə ərazisində bircinsli nikahları qanuni elan etdi. LGBT cəmiyyətlərinin sıxışdırılması tarixini Amerika məktəblərində tədris edəcəklər.  

Facebook şəkilləri LGBT rəmzi olan göyqurşağı rənglərinə boyamaq imkanını nəzərə alıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM